İsrail millisi Bakıdan əliboş qayıdacaq
04.09.2012 - 16:31
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığması keçirəcəyi oyunlardakı nəticəyə görə mükafat almayacaq. Apasport.az saytının məlumatına görə, bunu İsrail Futbol Assosiasiyasının prezidenti Avi Luzon açıqlayıb.
Sentyabrın 7-də Bakıda Azərbaycan yığmasının qonağı olacaq komandanın aparıcı futbolçuları ilə görüşən Luzon bu haqda razılığa gəlib. O, Yossi Benayun, Tal Ben Haim və Dudu Avatla söhbət edərək mükafat sisteminin dəyişdirilməsinə qərar verib. Belə ki, israillilər ayrı-ayrı oyunlara görə deyil, final mərhələsinə vəsiqə üçün mükafat qazana biləcək. Təbii ki, buna nail olarsa.
Luzon bu addımı belə izah edib: “Seçmə mərhələdə 1 məqsədimiz var və biz buna köklənmişik. Bu da DÇ-2014-ün final mərhələsidir”.

0
0