“Rubin”in kubok oyununun vaxtı bilindi
04.09.2012 - 18:27
Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan “Rubin”in Rusiya kubokunda oyununun vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi 1/16 final mərhələsinin görüşünə sentyabrın 26-da səfərdə çıxacaq. Onlar Krasnoyarskın “Yenisey” klubu ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Neftçi” Rusiya təmsilçisi ilə oktyabrın 25-də səfərdə, noyabrın 8-də Bakıda oynayacaq.
Qeyd edək ki, “Neftçi” Rusiya təmsilçisi ilə oktyabrın 25-də səfərdə, noyabrın 8-də Bakıda oynayacaq.
0
0