Vəli Qasımov komandasını Ukraynaya aparır
05.09.2012 - 08:47
Vəli Qasımov komandasını Ukraynaya aparır
Azərbaycan millisinin (U-19) növbəti təlim-məşq toplanışının yeri və vaxtı açıqlanıb. Apapsport.az saytının məlumatına görə, Vəli Qasımovun rəhbərlik etdiyi komanda Ukraynaya yollanacaq.

Simferopol şəhərində baş tutacaq hazırlığa sentyabrın 10-da start veriləcək. Təlim-məşq toplanışı 10 gün davam edəcək.

Mənbə: affa.az