Türkiyə futbolu şokda
05.09.2012 - 09:22
Türkiyə futbolu şokda
Türkiyə futbolunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi “Əskişəhərspor”un futbolçusu Ediz Bahtiyaroğlu vəfat edib. Bosniya və Herseqovina milli komandasının 26 yaşlı futbolçusu öz evində ürək tutmasından ölüb.

Hadisə baş verdikdə dərhal sonra komandanın baş məşqçisi, klub rəhbərliyi və futbolçular onun evinə tələsib Həkimlərin də müdaxiləsi faydasız olub və Edizi həyata qaytarmaq mümkün olmayıb
Karyerası ərzində “Ankaraspor”, “Ankaragücü”, “Bucaspor”da da oynamış mərkəz müdafiəçisi bu ilin əvvəlindən “Əskişəhərspor”da çıxış edirdi. Onun komanda yoldaşları arasında bu yay transfer olunan Azərbaycan milli komandasının üzvü Ufuk Budak da var.