“Hətta Almaniya da Azərbaycanla oyunda çətinliklə üzləşib”
05.09.2012 - 09:53
“Hətta Almaniya da Azərbaycanla oyunda çətinliklə üzləşib”
“Azərbaycanla oyun öncəsi çox danışmaq mənasızdır. Danışmaq bizə qələbə gətirməyəcəK. Çıxıb oynamaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının futbolçusu Maor Melikson deyib.

Polşanın “Visla” klubunda çıxış edən yarımmüdafiəçi DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla qarşılaşması haqda danışıb: “Komandada hər şey yaxşıdır. Problemdən danışmağın heç yeri yoxdur. Eli Qutman özünü sübut etmiş mütəxəssisdir. Baş məşqçimizdən çox şey öyrənməliyik. Azərbaycan yığması haqda hər şeyi bilirik. Onlara yuxarıdan aşağı baxmaq olmaz. Hətta Almaniya və Belçika kimi komandalar da onlarla qarşılaşmada müəyyən çətinliklə üzləşib. Həmişə qələbə haqda düşünmüşəm. İndi də ümid edirəm ki, qalib gələcəyik.