İsrail yığmasının start heyəti açıqlandı
05.09.2012 - 11:24
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizlə oyuna 2 gün qalsa da, İsrail yığmasının start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, israilli həmkarlarımız komandanın təlim-məşq toplanışındakı məşqləri izləməklə Respublika stadionuna çıxacaq “11-lik”lə bağlı müəyyən qənaətə gəliblər. Onların fikrincə, komandanın kapitanı Yossi Benayun ehtiyatda qalacaq.
Ehtimallara əsasən qapıda Dudu Avat dayanacaq. Dördlü müdafiənin mərkəzində Eytan Tibi və Dan Mori yer alacaq. Arxa xəttin sağ cinahında Yoval Şpongin, solunda isə Yoav Ziv qərarlaşacaq.
Meydanın mərkəzi isə Bivers Natxo ilə Almoq Koenə həvalə olunmalıdır.
Yarımmüdafiənin sağında Hen Ezra, solunda Maor Melikson mübarizə aparacaq.
Həmkarlarımız hücum xətti ilə bağlı tərəddüd içindədirlər. Ön xəttin sivri ucunda Tomer Hemedi görən israillilər arxadan ona dəstəyi İtay Şexterin verəcəyini gözləyirlər. Lakin bu mövqedə Gili Vermutun olması da istisna deyil.

0
0