“Apasport” ərəb biznesmenə qarşı çıxdı
05.09.2012 - 11:41
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasında (İFFHS) referendum keçirilib. Apasport.az saytının məlumatına görə, 28 il bu quruma rəhbərlik edən Alfredo Poje cari ilin yanvarında postunu təhvil verdiyi ərəb biznesmenlərinin fəaliyyətindən narazı qalıb.
Qurumun inkişafı üçün böyük maliyyə ayıracağına söz verən, lakin prezident olduqdan sonrakı 8 ayda fəaliyyətsizliyi ilə seçilən BƏƏ-li Şeyx Məhəmməd Bin Saqr Əl-Qəssəmi və onun kadrlarının işləməmək prinsiplərindən narazı olan Poje bütün qurum üzvlərinə müraciət edərək, referenduma çağırmışdı.
İFFHS-in İcraiyyə Komitəsinin (İK) 12 üzvü, o cümlədən prezidentin, həmçinin 106 ölkədəki üzvləri və üzvlüyə 21 namizəd bu referenduma qatılıb. Səs verənlərin 88,2 faizi qurum başçısı Şeyx Məhəmməd Bin Səqr Əl-Qəssəminin dərhal İFFHS-dən kənarlaşdırılmasına səs verib.
Bütün işləri aparmaq tapşırığı alan, prezidentin köməkçisi kimi fəaliyyət göstərən digər ərəb Casel Əl-Səidin istefasına isə 90,6 faiz səs verilib. 76,5 faiz İK-nın buraxılmasını istəyib. İK-nə yeni seçkilərin keçirilməsinin tərəfdarları isə 87 faiz olub.
Qeyd edək ki, referenduma qatılan apasport.az saytı da ərəb biznesmenin əleyhinə səs verib.

0
0