“Benfika”nın futbolçusu yığmamızla oyundan danışdı
05.09.2012 - 12:05
“Benfika”nın futbolçusu yığmamızla oyundan danışdı
“Məşqlərimiz əla keçir. Komandada əla atmosfer hökm sürür”. Apasport.az saytının xəbərinə görə, bunu Portuqaliya yığmasının futbolçusu Ruben Amorimi deyib.

“Benfika” klubunun şərəfini qoruyan yarımmüdafiəçi millisinin DÇ-2014-ün seçmə qrup mərhələsində Lüksemburq və Azərbaycanla oyunları barədə fikirlərini açıqlayıb.

O bildirib ki, komandası hər 2 qarşılaşmada qələbəyə oynayacaq: “Komanda kimi birləşib, öz oyunumuzu yaxşılaşdırmağa çalışacağıq. Qarşıdakı görüşlərdən qalib ayrılıb, final mərhələsinə gedən yolun qapısını açmağa çalışacağıq”.