Ronaldonun zədəsi jurnalistləri maraqlandırmır
05.09.2012 - 12:22
Sentyabrın 11-də millimizi qəbul edəcək Portuqaliyada kapitan Kriştianu Ronaldonun durumundan narahatdırlar. Apasport.az saytının məlumatına görə, yerli mətbuatı futbolçunun zədəsi yox, psixoloji durumu maraqlandırır.
Belə ki, futbolçunun az öncə “Real”da xoşbəxt deyiləm” deməsi, medianı təşvişə salıb. Həmkarlarımızın fikrincə, psixoloji vəziyyəti Ronaldonun Azərbaycan və Lüksemburqla qarşılaşmalarda çıxışına mənfi təsir göstərə bilər.
Bununla bağlı jurnalistlər yığmaya yeni qoşulmuş Ederə müraciət ediblər. “Benfika”nın hücumçusu isə öz növbəsində kapitanın vəziyyətinin yaxşı olduğunu bildirib: “Ronaldonun əhvalı yaxşıdı. O, bütün futbolçuların dəstəyini alıb”.
Eder Azərbaycan və Lüksemburq haqda da danışıb: “Məşqlərimiz normal keçir. Qarşıdakı hər iki oyundan maksimum nəticə qazanmaq istəyirik”.

0
0