“Neftçi”nin rəqibi festivalda
05.09.2012 - 12:31
Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan “Rubin” haqqında çəkilən film festivala qatılacaq. Apasport.az saytının məlumatına görə, saat yarımlıq sənədli film olan “Komanda” VIII Kazan Beynəlxalq Müsəlman Kinosu Kinofestivalında nümayiş olunacaq.
Murad Əliyevin rejissoru olduğu film sabah – sentyabrın 6-da “Rodina” kinoteatrında nümayiş olunacaq. “Rubin”sevərlər yerli vaxtla saat 17:20-də “Komanda”ya baxa bilərlər. Film tammetrajlı sənədli filmlər nominasiyasına qatılıb. “Rubin” fanatları üçün kinoteatra giriş pulsuzdur.
Qeyd edək ki, “Neftçi”nin rəqibi haqda film sabah saat 21:10 da və sentyabrın 7-də eyni vaxtda "I-TV" kanalı ilə də göstəriləcək.

0
0