Azarkeşlər yığmanın məşqinə buraxılmayacaq
05.09.2012 - 12:43
Azarkeşlər yığmanın məşqinə buraxılmayacaq
Sentyabrın 7-də milli komandamızın qəbul edəcəyi İsrail yığması sabah Bakıda ilk məşqə çıxacaq. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək məşqin ilk 15 dəqiqəsi akkreditasiya vəsiqələrini təqdim edən mətbuat nümayəndələri üçün açıq olacaq. İsraillilər məşqə saat 19-00-da başlayacaqlar.

Qeyd edək ki, azarkeşlər məşqə buraxılmayacaq.