AZAL iddialı klubları paytaxtdan kənarda qəbul edəcək
05.09.2012 - 12:54
“Hazırlığımız davam edir. 7 futbolçumuz müxətlif yığmaların düşərgəsindədir”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Klublarımız millinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən müxtəlif cür istifadə edir. Bəziləri ölkə xaricinə toplanışa yollansa da, digərləri bazalarında hazırlıq keçirlər. AZAL da Bakıda qalmağı və məşqlərini Şüvəlandakı bazasında həyata keçirməyə qərar verib.
Paytaxt təmsilçisi yoldaşlıq oyunlarında da gücünü sınayır. Sadıqovun yetirmələri dünən I divizionun çempionu ilə üz-üzə gəlib: “ Qaradağ Lökbatan”la qarşılaşdıq. 2:1 hesabı ilə qələbə qazandıq. Qolları Elşən Məmmədovla Tərlan Xəlilov vurub. Sentyabrın 10-da isə “Sumqayıt”la gücümüzü sınayacağıq”.
AZAL rəhbərliyi sentyabrın 22-dən oktyabrın 13-nə qədər ölkəmizdə keçiriləcək U-17 qadınlararası dünya çempionatı zamanı 2 ev oyununu keçirəcəyi məkana aydınlıq gətirib. Belə ki, “təyyarəçilər” VI turda “İnter”lə, VIII turda “Xəzər Lənkəran”la oyunları Sumqayıtda keçirəcək.
Niyə məhz Sumqayıtı seçmələrini isə çalışdırıcı belə izah edib: “İki oyunumuzu Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcəyik. Bakıya yaxın olduğuna görə, belə seçim etdi”.

0
0