“Xəzər Lənkəran” “Kəpəz”lə Bakıda qarşılaşacaq
05.09.2012 - 13:05
“Xəzər Lənkəran” “Kəpəz”lə Bakıda qarşılaşacaq
“Xəzər Lənkəran” bu gün axşam saatlarında Bakıya gələcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səfərin məqsədi komandanın sabah paytaxtda “Kəpəz”lə keçiriləcək yoldaşlıq oyununda iştirak etməsidir.

Bu görüşdə “Xəzər Lənkəran”ın milliyə çağırılan futbolçularından başqa bütün oyunçuların, o cümlədən yeni transferlərimizin çıxışı gözlənilir. Heyətdə zədəli futbolçu yoxdur.

Qeyd edək ki, qarşılaşma saat 17:30-da “AZAL Arena”da baş tutacaq.