Foqts medianı başına yığır
05.09.2012 - 14:02
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sentyabrın 7-də İsrail və 11-də Portuqaliya ilə oyunları ərəfəsində media nümayəndələri önünə çıxacaq. Sentyabrın 6-da baş tutacaq tədbir “Sheraton Baku Airport Hotel”də keçiriləcək. Konfrans saat 12:00-da başlayacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0