İngiltərə yığması niyə Bakıya tez gəlib?
05.09.2012 - 15:35
“Bakıya oyundan 3 gün əvvəl getməyimiz təsadüfi deyil. Bu addım zərurətdən atılıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının məşqçisi Kreyq Boyd deyib.
O, Avro-2013-ün sabah Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək qarşılaşmasından 3 gün əvvəl ölkəmizə gəlmələrinin səbəbini izah edib: “Azərbaycanla 4 saat fərq var. Orqanizmin ritm məsələsi var ki, səfər zamanı bu özünü göstərir. Xüsusilə də şərqə gedəndə. Bunun aradan qaldırılması təxminən 1 gün vaxt tələb edir. Düşünürəm ki, Azərbaycanla matça qədər bu aradan qaldırılacaq”.
Qeyd edək ki, Azərbaycan – İngiltərə oyunu sabah keçiriləcək.

0
0