Qal Alberman: Azərbaycana uduzsaq...
05.09.2012 - 15:46
“Şadam ki, yenidən yığmaya qayıtmışam”. Apasport.az saytının xəbərinə görə, bu sözləri İsrail yığmasının futbolçusu Qal Alberman deyib.
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində, sentyabrın 7-də millimizlə oyun barədə danışan yarımmüdafiəçi Bakıdakı oyunda komandasına kömək etmək istədiyini bildirib: “1 dəqiqə, yaxud 90 dəqiqə oynayacağım əsas deyil, daha önəmlisi komandaya xeyir verməkdir. Əminəm ki, hər kəs mənim geri dönməyimə sevinib.
Biz Bakıda uğur qazanmalıyıq. Amma Azərbaycana uduzsaq belə, bu hər şeyin sonu anlamına gəlməməlidir. Uduzsaq, həvəsdən düşməməliyik və irəli baxmalıyıq”.

0
0