Əfsanənin oğlu Bakıda danışdı: Bu komanda fantastikadı - MÜSAHİBƏ
05.09.2012 - 16:41
21 yaşadək futbolçularda ibarət İngiltərə yığmasının futbolçusu Tom İns Böyük Britaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, əfsanəvi Pol İnsin oğlu sabah Azərbaycan millisi ilə keçiriləcək qarşılaşma haqda danışıb.
- Azərbaycanla oyuna çağırılmağınız sizin üçün gözlənilməz olmadı ki?
- Mövsümün startındakı 4 oyunda 4 qol vurdum. Baş məşqçi Stüart Pirs məni yığmaya çağırmaqla, bunu nəzərdən qaçırmadığını göstərdi.
- Hazırda Bakıda, U-21-in düşərgəsindəsiniz. Hansı hisslər keçirirsiniz?
- İngiltərənin aşağı yaş qruplarından olan yığmalarında oynayıb, bura gəlmişəm. U-21-ə düşmək xüsusi bir arzum idi. İndi bu da reallaşdı. Artıq əsas yığmanın 1 addımlığındayam. Bu, fantastikadır.
- Komanda haqda nə düşünürsünüz?
- Burada olduğum hər dəqiqədən həzz alıram. Nəhəng klublarda oynayan oyunçularımız da var. Onlarla bir arada olmağın özü də fantastik bir şeydir.
- Azərbaycan milli komandası ilə süni örtüklü meydanda oynamağınız sizi qorxutmur ki?
- Süni örtükdə oynamaq çox ağırdır. Özü də biz ota öyrəşmişik. Lakin əlimizdən nə gəlir ki?
- Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Bizim komandanın elə yüksək səviyyəsi var ki, meydanın hansı örtükdə olması təsir etməməlidir. Əminəm ki, bu qarşılaşmada da heç bir problemlə üzləşməyəcəyik.

0
0