“Qarabağ” əvvəl “torba” tikdi, indi yoldaşlıq matçı keçirir
05.09.2012 - 16:58
“Qarabağ” əvvəl “torba” tikdi, indi yoldaşlıq matçı keçirir
“Qarabağ” DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq oyunlarla əlaqədar Premyer Liqada yaranmış fasilədə hazırlıqlarını natamam heyətlə davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 16-da çempionatın V turunda AZAL-la qarşılaşacaq komanda həmin matça qədər yoldaşlıq oyununa çıxacaq.

Ağdam təmsilçisi sentyabrın 8-də “Rəvan”la yoxlama görüşü keçirəcək. Oyunun “Dalğa Arena”da keçirilməsi gözlənilir.

Xatırladaq ki, bu komandalar Premyer Liqanın hesabat turunda eyni stadionda heç-heçə etdikdən sonra “Rəvan”ın baş məşqçisi Cevat Gülər istefaya göndərilmişdi.