Möcüzə olacaqmı?
05.09.2012 - 17:23
Möcüzə olacaqmı?
Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, VIII seçmə qrupunda mübarizə aparan Azərbaycan milli komandası sonuncu matçına çıxacaq.

Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri son sınağında qrup lideri İngiltərə ilə qarşılaşacaq. Ötən il keçirilən ilk oyunda Stüart Pirsin yetirmələrinə 0:6 hesabı ilə uduzan millimiz məğlubiyyətin əvəzini “Dalğa Arena”da çıxmağa çalışacaq.

Millimiz qələbə qazanacağı halda 3-cü yer şansını saxlayacaq və gözlər Belçikaya yönələcək. Tarixində ilk dəfə 3-cü olub, rekord vurmaq üçün lazım olan möcüzə çətin görünsə də, mümkünsüz deyil. 1-ci yer uğrunda Norveçlə mübarizə aparan britaniyalılara xal itkisi baha başa gələ bilər. Bu üzdən qonaqlar da Bakıdan maksimum nəticə ilə dönmək niyyətindədir.

Qarşılaşma yunanıstanlı Atanasios Qiaçiosa tapşırılıb ki, Ellada təmsilçisi qısa müddətdə 2-ci dəfə futbolçularımız üçün fit çalacaq. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə “Mura” arasında Sloveniyadakı görüşündə iş başında olmuşdu. Həmin matçda təmsilçimiz 2 cavabsız qol buraxaraq mübarizəni dayandırmışdı.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
VIII qrup
6 SENTYABR


20:00. Azərbaycan – İngiltərə
Baş hakim: Atanasios Qiaçios (Yunanıstan)
Bakı. “Dalğa Arena” stadionu

22:30. Belçika - Norveç

1

İngiltərə

6

5

0

1

21-3

15

2

Norveç

6

4

1

1

10-5

13

3

Belçika

6

2

2

2

11-12

8

4

AZƏRBAYCAN

7

2

1

4

6-16

7

5

İslandiya

7

1

0

6

4-16

3