“Biz bura qələbə üçün gəlmişik”
05.09.2012 - 18:13
“Biz bura qələbə üçün gəlmişik”
“Seçmə mərhələnin hər bir oyunu kimi Azərbaycanla qarşılaşma da çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının futbolçusu Qili Vermut deyib.

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən yarımmüdafiəçi sentyabrın 7-də keçiriləcək DÇ-2014-ün Azərbaycan millisi ilə Bakıdakı seçmə oyunu haqda fikirlərini açıqlayıb: “Cəmi 10 oyun keçirməliyik. Bu da elə çox deyil. Belə yarışda yersiz xal itkisinə yol vermək olmaz. Seçmə mərhələyə Azərbaycan üzərində qələbə ilə başlamalıyıq. Sübut etməliyik ki, rəqibdən güclüyük. Biz bura qələbə üçün gəlmişik”.