Transferin son günü: “Es-Es”dən cənnətə!
05.09.2012 - 23:01
Dünən gecə qəflətən dünyasını dəyişən “Əskişəhərspor” klubunun futbolçusu Ediz Bahtiyaroğlu son mənzilə yola salınıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, dəfn mərasimində komandanın prezidenti Halil Ünal, baş məşqçi Ərsun Yanal, “Əskişəhərspor”lu futbolçular, “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman və komandanın azarkeşləri iştirak ediblər.
Cənazə son mənzilə yola salınarkən, azarkeşlərin “Transferin son günündə “Es-Es”dən cənnətə” plakatı diqqəti çəkib. Cənazə namazı qılınandan sonra gənc futbolçunun forması tabutun üstünə asılıb. Ediz məzara aparılarkən ailə üzvləri göz yaşlarına hakim ola bilməyiblər.
Mərhum Sarıkaya Məzarlığında dəfn edilib.

0
0