“Barselona”da Ronaldonun problemindən danışırlar
05.09.2012 - 23:09
“Ötən gün verdiyim açıqlamalar ciddi söz-söhbətə səbəb oldu. Məni komandamdan daha çox pul tələb etməkdə günahlandırdılar. Ancaq problemim pulla bağlı deyil”. Apasport.az saytının xəbərinə görə, bunu “Real”ın futbolçusu Kritianu Ronaldo deyib.
Portuqaliyalı futbolçu az öncə “Real”da xoşbəxt deyiləm” deməsi müzakirələrə səbəb olub. Bu haqda yenidən danışan Ronaldo bildirib ki, Madrid klubunun uğuru üçün əlindən gələni edir: “Komanda azarkeşlərinə də sevgim sonsuzdu. Bir gün problemimin səbəbini hər kəs öyrənəcək".
Bu arada "Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta da Ronaldonun xoşbəxt olmaması haqda fikirlərinə münasibət bildirib. "El Larguero"ya danışan ispaniyalı futbolçu Ronaldonun komandada olan problemini mətbuata açıqlamaqda düzgün hərəkət etmədiyini vurğulayıb: "Bəzən mənə qarşı da haqsızlıqlar olub. Ancaq şəxsiyyətim və komandama olan hörmətimdən ötrü bu barədə mətbuata açıqlama vermədim. Öz şansımı gözlədim. Əgər öz üzərimdə yaxşı çalışsam, hər şeyin düzələcəyinə inandım. Komandada hər kəslə yaxşı münasibətdə olmalısan. Rəqabət bütün komandalarda var. Bütün çətinliklərə qalib gəlmək üçün sakit və güclü olmaq lazımdı. Ronaldo problemini mətbuata açıqlamaqla düzgün hərəkət etmədi. Hamımızın belə günləri olub. Ronaldo problemini təkbaşına da həll edə bilərdi".
Ronaldonun açıqlamasından sonra Joze Mourinyonun buna necə reaksiya verəcəyi də maraqla gözlənilirdi. "Marka" qəzeti portuqaliyalı mütəxəssisin açıqlamadan sonra həmyerlisinə zəng etdiyi barədə xəbər yayıb.
Qəzet iddia edir ki, Mourinyo yetirməsinə dəstək olacağı barədə söz verib: "Sən burada önəmli futbolçusan. Bundan şübhən olmasın. Çox dəyərlisən, nəyə ehtiyacın varsa, sənə yardım edəcəyik. Yığmadan qayıtdıqdan sonra oturub daha ətraflı danışarıq. Səni dinləyəcəyimizdən və yardım edəcəyimizdən əmin ol".

0
0