“Qəbələ”dən 6 qol
06.09.2012 - 09:06
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı xaricə üz tutmayan “Qəbələ” məşqlərini doğma şəhərdə keçirir. Apasport.az saytının məlumatına görə, V turda “Kəpəz”lə oynayacaq Fatih Kavlakın yetirmələri bu oyuna hazırlıq məqsədi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.Əvəzedici komanda ilə qarşılaşan qəbələlilər onlara dərs keçiblər. Oyun əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Yannik Kamananın 2 dəfə fərqləndiyi görüşdə, Elmar Baxşıyev, Yaşar Abuzərov, Amil Yunanov, və Lorival Assis fərqləniblər.
Qeyd edək ki, “Qəbələ”nin əsas və əvəzedici komandası sentyabr 8-də bir daha üz–üzə gələcəklər.
Qeyd edək ki, “Qəbələ”nin əsas və əvəzedici komandası sentyabr 8-də bir daha üz–üzə gələcəklər.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0