Rekord yenilənmədi
06.09.2012 - 20:48
Rekord yenilənmədi
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, VIII seçmə qrupda mübarizə aparan Azərbaycan millisi sonuncu matçına çıxıb.

Komandamız bu dəfə qrup lideri İngiltərə ilə qarşılaşıb. Əvvəlki 7 oyunda 7 xal toplayan millimiz britaniyalıları məğlub edəcəyi təqdirsə, seçmə mərhələlərdəki xal rekordunu yeniləyəcəkdi. 10 il əvvəlki 9 xal rekordunu üstələmək, həm də 3-cü yeri tutmaq şansı verəcəkdi.

Amma komandamız bu şansı əldən verib. Belə ki, İngiltərə yığması hər hissədə 1 qol vuraraq, birinci pillədəki mövqeyini qoruyub.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
VIII qrup

6 SENTYABR
Azərbaycan – İngiltərə - 0:2
Stiven Kolker, 27; Conco Şelvi, 83
Baş hakim: Atanasios Qiaçios (Yunanıstan)
Bakı. “Dalğa Arena” stadionu

AZƏRBAYCAN: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Novruz Məmmədov, 6.Mirhüseyn Seyidov (k), 7. Araz Abdullayev, 8. Cavid İmamverdiyev, 10. Eşqin Quliyev, 14. Bədavi Hüseynov, 17. Rizvan Umarov (Orxan Həsənov, 46),19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 12.Osman Umarov, 9. Orxan Həsənov, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 15. Amit Quluzadə, 20. Urfan Abbasov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Lippert.

İNGİLTƏRƏ: 1. Ben Emos, 2. Martin Kelli, 3. Deni Rouz, 4. Ceyson Lou, 5. Stiven Kolker, 6. Kreyq Douson, 7. Vilfred Zaha, 8. Cordan Henderson (k), 9. Marvin Sordell 10. Conco Şelvi, 11. Tomas İns.
Ehtiyat oyunçular: 13. Deklan Radd, 12. Neteniel Klayn, 14. Rayan Bennett, 15. Ben Marşall, 16. Netan Delfaunso, 17. Martin Ueqhorn, 18. Konnor Uikhem.
Baş məşqçi: Stüart Pirs.

1

İngiltərə

7

6

0

1

23-3

18

2

Norveç

7

5

1

1

13-6

16

3

Belçika

7

2

2

3

12-15

8

4

AZƏRBAYCAN

8

2

1

5

6-18

7

5

İslandiya

7

1

0

6

4-16

3