“Azərbaycan və Rusiya üzərində qələbələrlə iş bitmir”
06.09.2012 - 09:52
“Azərbaycan və Rusiya ilə oyunlardakı qələbə qazanmalıyıq. Eyni zamanda unutmamalıyıq ki, bu 2 qələbə ilə iş bitmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail Futbol assosiasiyasının prezidenti Avi Luzon deyib.
Hazırda İsrail yığması ilə Bakıda olan qurum başçısı DÇ-2014-ün seçmə mərhələsinin sabah Azərbaycan yığması ilə keçiriləcək oyunu haqda danışıb: “Final mərhələsinə qatılmaq iddiasındayıq. Bunun üçün 2 oyunu deyil, bütün seçmə mərhələni uğurlu keçməliyik. Oyunun taktikası ilə bağlı danışmağım düzgün deyil. Bu, baş məşqçi Eli Qutmanın işidir. Mən onun özünə də demişəm ki, oyunlar sizin filminizdir, rejissoru da ssenari müəllifi də özünüzsünüz. Heyəti də taktikanı da o, özü müəyyənləşdirəcək”.

0
0