Misir futbolunda növbəti qalmaqal
06.09.2012 - 10:27
Misir Futbol Assosiasiyasının (MFA) binasına hücum olub. Apasport.az saytının məlumatına görə, hücumda 300-ə yaxın fanat iştirak edib. Onların MFA-ya hücum etməkləri səbəbsiz deyil. Azarkeşlər bu il fevralda Port–Səiddə baş vermiş faciənin günahkarları cəzalanmadan assosiasiyanın ölkə çempionatını başlamağa qərar verməsindən narazıdır.
MFA-nın atdığı bu adıma qəzəblənən fanatlar federasiyanın binasına fişəng atıblar, futbol məmurlarının maşınlarını dağıdıblar və açıq havada ictimaiyyətin rahat seyr etməsi üçün qoyulan bir neçə kuboku oğurlayıblar.
Qeyd edək ki, Port–Səiddə baş vermiş faciəvi hadisələr zamanı 74 nəfər həlak olmuşdu. Həmin vaxt “Əl-Məsri” və “Əl-Əhli” arasındakı oyun zamanı yaşanan münaqişədə “Neftçi”nin futbolçusu Julius Vobay da meydan sahiblərinin düşərgəsində idi. Həmin qalmaqaldan sonra syerra-leoneli “Əl-Məsri”dən ayrılıb Azərbaycana gəlsə də, azarkeşlərin qəzəbi hələ də soyumayıb.

0
0