Azərbaycanda İsrail yığmasını göz bəbəyi kimi qoruyurlar
06.09.2012 - 10:35
İsrail mətbuatı futbolçuları və onları qorumaq üçün görülən təhlükəsizlik tədbirlərindən razı qalıb. Apasport.az saytının məlumatına görə, bu xəbəri İsrail mətbuatı yayıb. Xəbərə görə, İsrail yığmasını Bakıdakı hava limanında görünməmiş təhlükəsizlik tədbirləri ilə qarşılayıblar: “Oradakı təhlükəsizlik tədbirləri möhtəşəm idi. Otelə aparılan yollar hamısını bağlanılmışdı. Futbolçuları daşıyan avtobusu onlarla polis maşını müşayiət edirdi”.
Komandanın qaldığı oteli isə İsrail KİV-i əsl bunkerə oxşadıb: “Futbolçuların yayına keçmək üçün bir neçə təhlükəsizlik kordonunu keçməlisən. Otelin ətrafında və daxilində 100 – dən çox polis və cangüdən var. Adama elə gəlir ki, milli komandamız, bunkerdədir”.

0
0