“Premyer Liqaya sponsorluq edəcək şirkətlə danışıqlar bu gün yekunlaşacaq”
06.09.2012 - 11:00
“Premyer Liqaya sponsorluq edəcək şirkətlə danışıqlar bu gün yekunlaşacaq”
Azərbaycan Premyer Liqasının sponsoru ilə bağlı məsələyə bu gün aydınlıq gələcək. Bu barədə məlumatı apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.

Sentyabrın 5-də çempionatın yeni sponsoru ilə müqavilə bağlanılacağı gözlənilirdi. Lakin bu məsələ hələ də gerçəkləşməyib. Qurum rəhbəri apasport.az saytına açıqlamasında sponsor məsələsinin bu gün həllini tapacağını açıqlayıb: “Çempionata sponsorluq edəcək şirkətlə danışıqlar bu gün yekunlaşacaq. Bundan sonra həmin şirkətin adına aydınlıq gələcək. İndidən ad açıqlamaq istəmirəm. Bu gün məsələ tan konkretləşəcək ki, bundan sonra rəsmi müqavilə imzalama mərasimi olacaq”.