Mahir Şükürov: Onun necə oynadığını bilirəm
06.09.2012 - 11:20
Mahir Şükürov: Onun necə oynadığını bilirəm
“Qələbə qazanmaq istəyirik. Bunun üçün var gücümüzdən istifadə edəcəyik. Doğma azarkeşlər qarşısında 3 xal götürmək fikrindəyik”. Apasport.az saytının xəbərinə görə, bunu millimizin müdafiəçisi Mahir Şükürov deyib.

Yığmamız sabah dünya çempionatının seçmə qrup mərhələsində israil millisi ilə qarşılaşacaq. Bununla bağlı bu gün təşkil olunan mətbuat konfransında Şükürov bildirib ki, sabahkı oyunda qələbə qazansalar, 4 gün sonra Braqada daha yaxşı əhval-ruhiyyyədə olacaqlar: “Təbii ki, öz meydanımızda oynadığımız üçün qələbə qazanmaq istəyirik. Bu, baş versə, növbəti oyunda bizə əlavə ruh yüksəkliyi verəcək”.

Rəqib haqda da danışan Şükürov deyib ki, öz cinahında oynayan futbolçuları təhlil edib: “Mənim cinahımda Yossi Benayun oynamalıdır. Artıq onun təhlil etmişəm, necə oynadığını bilirəm. Komanda yoldaşlarım da ğz mövqelərində oynayan rəqib futbolşular haqda təhlillər aparıb”.