Blatter: Xavi və Kasilyas əsl dostluq rəmzidirlər
06.09.2012 - 11:22
Blatter: Xavi və Kasilyas əsl dostluq rəmzidirlər
İspaniya milli komandasının futbolçuları Xavi Ernandes və İker Kasilyas mükafatlandırılıblar. Apasport.az saytının məlumatına görə, vətənlərində “Barselona” və “Real” klublarının şərəfini qoruyan ulduzlara “Asturiya İdman Şahzadəsi” mükafatı təqdim olunub.

Qalibləri müəyyənləşdirərkən FİFA prezidenti Zepp Blatter fəxri hakim olub. Mükafatlandırma mərasimindən sonra Blatter, Xavi və Kasilyasın əsl dostluq nümunəsi olduqlarını deyib: ”Bu futbolçular qarşılıqlı hörmət rəmzidirlər. Onlar bir-biri ilə barışmaz rəqabətdə olan 2 klubda oynayırlar. Xavi və İker meydanda rəqib, ondan kənarda isə dostdurlar. Amma bu iki futbolçu əsl dostluq nümunəsi göstərərək dostluğu rəqabətdən üstün tuturlar”.

Qeyd edək ki, Xavi və Kasilyas 2-ci dəfə adıçəkilən mükafata sahib olurlar.