“Onlar Türkiyə, Almaniya və Rusiya kimi komandalara çətin anlar yaşadıb”
06.09.2012 - 12:00
“Onlar Türkiyə, Almaniya və Rusiya kimi komandalara çətin anlar yaşadıb”
“Azərbaycanla qarşılaşmada çox çətin oyun olacağı gözlənilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının üzvü Tomer Hemed deyib.

İspaniyanın “Malyorka” klubunun hücumçusu DÇ-2014-ün seçmə mərhələsinin sabah Bakıda Azərbaycan yığması ilə keçiriləcək qarşılaşma haqda fikirlərini açıqlayıb. O, Azərbaycan haqda məlumatlı olduqları və yığmamızın çətin rəqib olduğunu bildirib: “Biz Azərbaycan yığması barədə hər şeyi bilirik. Onlar çox çətin rəqibdirlər. Azərbaycan yığması Bakıda Türkiyə, Almaniya və Rusiya kimi komandalara çətin anlar yaşadıblar. Amma bütün bunlara baxmayaraq biz özümüzə inanırıq və qalib gəlməyə çalışacağıq. Bizim əla baş məşqçimiz var. Əsl komanda kimi çıxış edəcəyik”.