İlk sınaq: Heç kim uduzmaq istəmir
06.09.2012 - 13:02
Sabah Azərbaycan milli komandası üçün yeni mərhələ start götürür. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun yetirmələri DÇ-2014-ün seçmə oyunlarına başlayacaq. Millimiz yarışa ev oyunu ilə start verəcək.
Startdakı ilk rəqibimiz isə İsrail yığmasıdır. F qrupunda yarışan komandamız Tofiq Bəhramov adına Respublika stadionunda ilk xalını qazanmağa çalışacaq. 4 gün sonra Braqada Portuqaliyanın qonağı olacaq millimiz səfərə yaxşı əhval-ruhiyyədə yollanmaq əzmindədir.
Yeni təmir olunan arenadakı yenidənqurma işlərindən sonra keçiriləcək ilk görüşdə doğma azarkeşlərini sevindirməyə çalışacaq millinin rəqibi də Bakıya iddialı gəlib. Bundan sonra Rusiyanı qəbul edəcək israillilər Azərbaycanda uduzmaq fikrindən uzaqdır. Lakin heyətində ciddi itkilər olan, ulduzlarının oyun praktikası olmayan rəqibi Bakıda məğlub etmək mümkünsüz deyil.
21:00. Azərbaycan – İsrail
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Marko Stancin, Milan Koqeyj
Dördüncü hakim: Slavko Vinçiç (hamısı Sloveniya)
Hakim-inspektor: Peter Fröydfeldt (İsveç)
Komissar: Mixail Varabyov (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
0