“Neftçi” ilə “İnter” arasında fərq üzə çıxdı
06.09.2012 - 14:01
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Rusiya “Rubin”i yarış üçün biletləri hazırlayıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 16-dan satışa çıxarılacaq biletlər 2 qrupa bölünəcək.
Belə ki, “Neftçi” ilə Serbiya “Partizan”ı ilə oyunlara biletlər arasında fərq qoymayan Kazan təmsilçisi İtaliya “İnter”ini fərqləndirib. Milanlıların oyuna biletlər daha baha olacaq.
“Neftçi” ilə oyuna ən bahalı bilet 1000 Rusiya rubludursa, həmin sektora giriş “İnter”lə qarşılaşmada 3 qat baha satılacaq. Amma sektorlardan asılı olaraq bu fərq dəyişir. Klubun abunə biletlərinin sahibləri, təqaüdçülər, həmçinin hər 3 oyuna bilet alanlara müəyyən endirimlər nəzərdə tutulub.
Qeyd edək ki, 100 Rusiya rublu 2 manat 43 qəpiyə bərabərdir.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0