Umberto Koelyo: Azərbaycana qalib gəlməliyik
06.09.2012 - 14:15
Umberto Koelyo: Azərbaycana qalib gəlməliyik
“Biz çox texnikalı komandamız var. Fiziki cəhətdən də güclü olmalıyıq. Ona görə ki, rəqiblərimiz dayanmadan bizə qarşı pressinq tətbiq etməyə çalışacaqlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya Futbol Federasiyasının (PFF) vitse – prezidenti Umberto Koelyo deyib.

Koelyo bildirib ki, Luksemburq və Azərbaycan yığmaları ilə matçlar çətin keçəcək: “Luksemburq və Azərbaycanla oyunlar çətin keçəcək. Çünki, iki fərqli komandalarla qarşılaşacağıq və bu iki oyun bir birindən fərqlənəcək. Ümumiyyətlə asan oyun olmur. AVRO-2012-in seçmə mərhələsində pis çıxış etdik və pley-offda çətin iki qarşılaşma keçirdik. Bu dəfə buna imkan verməməliyik qarşıdan gələn hər iki oyunda qalib gəlməliyik”.