Qol vurmadığımız rəqib
06.09.2012 - 15:53
Qol vurmadığımız rəqib
DÇ-2014-ün seçmə mərhələsindəki ilk oyununda İsraillə qarşılaşacaq Azərbaycan millisi tarixində 4-cü dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, ilk 3 qarşılaşmada uduzan yığmamız, ümumilikdə 10 qol buraxsa da, rəqibi məyus edə bilməyib.

İsraillilərlə ilk 3 oyunun hər biri əlamətdar hadisə ilə yadda qalıb. Avro-1996-nın seçmə mərhələsinə təsadüf edən ilk matç yığmamızın öz meydanında ilk seçmə matçı olub. Lakin nominal meydan sahibi olan millimiz Trabzonda “siftə” edib.

Avro-1996-dakı növbəti duelimiz isə Kazbek Tuayevin millinin baş məşqçi postundakı debütü ilə yadda qalıb. Sonuncu matçımızda isə milli tarixində ilk əcnəbi baş məşqçinin debütü gerçəkləşib. Lakin braziliyalı Karlos Alberto Torres fiasko ilə üzləşib.

16.10.1994 Azərbaycan – İsrail – 0:2
11.10.1995 İsrail – Azərbaycan – 2:0
18.02.2004 İsrail – Azərbaycan – 6:0