“Xəzər Lənkəran”da yeni sima
06.09.2012 - 15:58
“Xəzər Lənkəran”da yeni sima
“Xəzər Lənkəran” klubunun məşqçilər korpusunda dəyişiklik olacaq. Bu barədə apasport.az saytına komandanın rəisi Səməd Mustafayev məlumat verib.

O bildirib ki, baş məşqçi Yunis Hüseynovun köməkçiləri sırasına daha bir mütəxəssis dəvət edib. Bu, ispaniyalı çalışdırıcı Erik Roketadır. Pireneyli mütəxəssis komandanın fiziki hazırlıq üzrə məşqçisi kimi fəaliyyət göstərəcək.