“İnter” toqolu futbolçu ilə anlaşdı
06.09.2012 - 23:14
Gürcüstandakı təlim-məşq toplanışını davam edtirən "İnter" heyətinə daha bir futbolçunu qatıb. Apasport.az saytının xəbərinə görə, “bankirlər” toqolu hücumçu Dcako Arafatla anlaşıblar. Onunla 2 illik müqavilə bağlanılıb.
23 yaşlı futbolçunun karyerasının ilk klubu Toqonun "AC Mirlan" komandası olub. Bundan başqa, Dcako Arafat İsrailin "Bney Şahin" və "Hapoel Akre" klublarının formasını geyinib.
2011-ci ildə futbolçu Rusiyanın "Anjı" komandasına transfer olunub. Daha sonra Arafat icarə əsasında Türkiyənin "Qaziantepspor" və Qətərin "Al-Arabi" klublarında çıxış edib.

0
0