Millimiz mərhələyə 1 xalla başladı
07.09.2012 - 21:50
Millimiz mərhələyə 1 xalla başladı
Bu gün 2014-cü il dünya çempionatının Avropa zonasında seçmə qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız da mübarizəyə başlayıb.

Yığmamız DÇ-2014-ün seçmə oyunlarına Bakıda start verib ki, rəqib indiyədək 3 dəfə qarşılaşıb, qol vura bilmədiyimiz İsrail millisi olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda yığmamız bu sindromu qırıb. İkinci hissənin əvvəllərində məğlub duruma düşməsinə baxmayaraq, komandamız bərabərliyi bərpa edə bilib. Ruslan Abışovun vurduğu qolla millimiz seçmə mərhələyə 1 xalla başlayıb.





Azərbaycan – İsrail - 1:1
QOLLAR: Ruslan Abışov, 64 - Natxo, 50
Baş hakim:Matey Yuq
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Ali Gökdəmir, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7.Vaqif Cavadov, 8. Aleksandr Çertoqnaov, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 3. Aqil Nəbiyev, 6. Elvin Məmmədov, 9. Cihan Özkara, 13. Bədəvi Hüseynov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahir Əmirquliyev, 20. Nizami Hacıyev, 21. Vladimir Levin, 22. Əfran İsmayılov
Baş məşqçi: Berti Foqts

İSRAİL: 1. Dudu Aouate (k), 2.Yuval Shpungin, 21. Eytan Tibi, 13. Din Mori, 6. Bibars Natxo, 5. Maor Melicson, 10. Tomer Hemed, 12. Yoavdavid Ziv, 11. Etey Shechter, 14. Naftali Vermouth, 7. Gal Alberman
Ehtiyat oyunçular: 8. Almoq Kohen, 15. Yossi Benayun, 3. Qal Şiş, 22. Omer Damari, 17. Ben Sahar, 16. Hen Ezra, 4. Şir Meyr Zedek, 20. Mahran Radi, 19. Elad Qabay, 18. Ariel Haruş, 23. Daniel Amos, 9. Eden Ben Basat
Baş məşqçi: Eli Qutman

Komandalar meydana çıxır. Yığmamız ağ, rəqib isə göy formada oynayacaq.

Hər iki yığmanın kapitanı “Fair Play” qaydalarına riayət edəcəklərinə dair qısa nitq söyləyirlər.
Ölkələrin dövlət himni səslənir.

Hakimin start fiti: Topa ilk zərbəni qonaqlar vuracaq.

Rauf qaydanı pozur.
Vaqif Cavadova qarşı kobudluq edilir.
Cavadovun yerinə yetirdiyi cərimə zərbəsi düz Aouatenin üstünə gedir.
Vaqif Gökdəmirin irəliləməsi üçün yaxşı ötürmə verir. Lakin Əlinin qapı qarşısına asması alınmır.
Ziv Raufun qarşısını kobudluqla kəsdi.
İtay sağ cinahdan irəliləyib cərimə meydançasına daxil olur. Onun yaxın küncə zərbəsini Kamran tutur.
Natxonun uzaqdan zərbəsi. Ağayev yerindədi.
Tomer Hemed ofsayda düşür.
Hemed Ruslana qarşı kobudluq edir.
Subaşiç hücuma atılır. Onun Vaqifə ötürməsini müdafiəçilər meydandan çıxarır.
Oyunda ilk sarı vərəqə: Rəşad Sadıqova xəsarət yetirib, qaşını partladan Tomer cəzalanır.
Oyunda ilk sarı vərəqə: Rəşad Sadıqova xəsarət yetirib, başını partladan Tomer cəzalanır.
Tibbi personal meydanın kənarında kapitana yadrım edir.
Sadıqov meydana başısarıqlı qayıtdı.
Allahverdiyev kobud səhvə yol verir. Onun səhvini sonda Maksim düzəldir.
Əliyev cərimə meydançası qarşısından qapıya qeyri-dəqiq zərbə vurur.
Rəqibin künc zərbəsi təhlükəli alındı.
Natxonun zərbəsi qüvvətli, amma qeyri-dəqiq alındı.
Ardınca yığmamız yaxşı fürsət yaxalayır. Əlinin sol ayaqla vurduğu zərbə qapıdan azacıq aralı keçir.
İsrail yığmasının hücumu təhlükəli alındı. Son anda Medvedev cərimə meydançası daxilində qapıya zərbəsinin qarşısını kəsir.
Subaşiçin elə də qüvvətli olmayan baş zərbəsini qapıçı tutur.
Rəqib korner vurur.
Kamran qapı qarşısına asmanı uzaqlaşdırır.
Qonaqlar pressinqə başlayıb, yığmamız isə qısa ötürmələrdən istifadə edir.
İsrail yığmasının növbəti təhlükəli hücumu. Amma Hemed ofsayda düşür.
Natxonun ünvansız ötürməsindən sonra top meydandan çıxır.
Yığmamız təhlükəli vəziyyət yaradır. Təəssüf ki, Vaqif Mahirin qapı qarşısına ötürməsinə gecikdi.
Raufu cərimə meydançası daxilində yıxırlar. Hakim davam işarəsi verir.
Ardından rəqib komandamızı əks-hücumda yaxalayıb, hesabı dəyişmək şansını əldən verir.
Yığmamızın bəxti gətirir. Vermout iki futbolçumuzu aldadıb, cərimə meydançası daxilindən qapıya zərbə vurur. Top azacıq qapıdan aralı keçir.

İlk yarı başa çatır.

Növbəti 45 dəqiqə. Oyuna millimiz başlayır.
Komandamız hücuma atılsa da, Rauf oyundankənar vəziyyətə düşür.
Cavadov künc zərbəsi vurur. Onun qaoı qarşısına asması heç kimə toxunmadan meydan çıxır.
Millimiz ikinci hissəyə fəal başlayıb. Əvvəl Branimir, ardından Allahverdiyev qapıya zərbə vurur.
Komandamız məğlub duruma düşür.
50-ci dəqiqədə Natxonun uzaq məsafədən zərbəsi qarşısıalınmaz olur. Kamran bu zərbəni dəf etməkdə çətiblik çəkir.

Berti Foqts riskə gedir. Almaniyalı çalışdırıcı hücumameylli Cihan Özkara ilə Əfran İsmayılovu meydana buraxacaq.
Mahirin qapı qarşısına ötürməsi alınmadı.
Cihan Raufu, Əfransa Gökdəmiri əvəzləyir. Əliyev meydandan narazı çıxır. O, kiməsə hirslənib.
Subaşiçin başla zərbəsi qapının yanından keçir.
Millimiz hesabı bərabərləşdirir. Ruslan təxminən 25 metrdən gözəl zərbəylə topu tora qovuşdurur.

Daha 1 qol şansı. Əfran 1 futbolçunu aldadıb Cihana gözəl ötürmə verir. Özkaranın zərbəsi müdafiəçinin əlinə dəysə də, hakim penalti vermir.
Ruslan yenə diqqət mərkəzinə düşür. Onun aşırma zərbəsi dəqiq olsaydı, hesab dəyişəcəkdi.
İsrail yığması da əvəzetməyə əl atır. Maor Melicsonun yerinə Hen Ezra çıxır.
Natxonun künc zərbəsindən sonra Ezranın baş zərbəsi qapının üstündən keçir.
Etey Şehter Yossi Benayunla əvəzlənir.
Cərimə zərbəsindən sonra hesab dəyişə bilərdi. Yaxşı ki, bu epizodda top qapımızdan azca aralı keçir.
Foqts Çertoqanov yerinə meydana Rahid Əmirquliyevi buraxır.
Subaşiçə qarşı aşkar kobudluq. Ziv qarşısında sarı vərəqə görür.
Natxonun uzaqdan növbəti zərbəsi. Kamran topu kornerə çıxarsa da, hakim korner göstərmir.
Yossi hakimin qərarına etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalanır.
Əfran uzun reyddən sonra topu itirir.
Rahid gözlənilmədən qapıya əla zərbə vurur. Qapıçı topu çətinliklə qaytarır.
Hakim oyuna 3 dəqiqə əlavə edir.
Ağayev Natxonun cərimə zərbəsindən qapı qarşısına ötürdüyü topu yumruqları ilə uzaqlaşdırır.
Vaqifin uzaqdan qapıya gözəl zərbəsi. Qapıçı topu kornerə çıxarır.

Oyun başa çatır. Bununla, yığmamız seçmə mərhələyə 1 xalla başlayır.