“Xəzər Lənkəran” - əvvəl toy, sonra “Böyük oyun”
06.09.2012 - 23:57
“Xəzər Lənkəran”  - əvvəl toy, sonra “Böyük oyun”
Dünən “Kəpəz”lə yoldaşlıq oyunu keçirən və 4:2 hesablı qələbə qazanan “Xəzər Lənkəran” 1 günlük istirahətə buraxılıb. Apasport.az saytının məlumatına görə, sabah yenidən “Happy İnn” otelində bir araya gələcək “ağ-yaşıllar” saat 11:00-da Bakını tərk edərək, Lənkərana yola düşəcək.

Bir neçə gün ərzində “Böyük oyun”a hazırlaşacaq komanda sentyabrın 13-də yenidən paytaxta dönəcək. Belə ki, həmin gün cənub təmsilçisinin veteran futbolçusu Alim Qubanovun toy mərasimi keçiriləcək.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın V turu çərçivəsində sentyabrın 15-də “Neftçi” ilə səfərdə qarşılaşacaq ki, bu matç da 2012/13 mövsümünün ilk “Böyük oyun”u olacaq.
12ci.oyuncu