“Ronaldo generaldı, Messi isə sehrbaz”
07.09.2012 - 09:14
FİFA prezidenti Zepp Blatter Lionel Messi və Kriştianu Ronaldo barəsində danışıb. Apasport.az saytının məlumatına görə, Blatter bu futbolçuların tam fərqli oyun göstərdiyini və onlar arasında seçim etməyin çox çətin olduğunu deyib: “Əgər mənə seçim etmək təklif olunsaydı, hər ikisini seçərdim. Onlar tam fərqli oyun üslubuna malik, möhtəşəm və əvəzolunmaz futbolçulardı. Ronaldo meydanda əmr verməyi, hamının diqqətini cəlb etməyi sevir. Onda əsl general xarakteri var. Messi topla fantastik rəftar edir. O, serhbazdır. Burda seçim etmək çox çətindir, söhbət futbolun iki əfsanəvi şəxsiyyətindən gedir”.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0