7 xoşbəxt – FOTO
07.09.2012 - 10:00
Futzal üzrə UEFA kubokunun elit raundunun 7 iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əsas mərhələnin 2-ci turundan sonra 7 komanda mərhələ adlayacağını təmin edib. Bunlardan biri 2 qələbə qazanan Naxçıvanın “Araz” klubudur. Azərbaycan çempionu ilə yanaşı onun qrupdakı rəqibi Macarıstan “Dyor”u, həmçinin Latviyanın “Nikars”, Gürcüstanın “İberiya”, Serbiyanın “Ekonomak”, Rusiyanın “Dinamo” (Noskva) və Xorvatiyanın “Split” komandaları da elit raunda yüksəlib. Bu komandaların hamısı son turun nəticəsindən asılı olmayaraq xoşbəxtlər sırasına düşüb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0