Nuri Şahin 3 xal dedi
07.09.2012 - 11:05
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Hollandiyanın qonağı olacaq Türkiyə millisinin yarımmüdafiəçisi Nuri Şahin oyunöncəsi fikirlərini bölüşüb. Apasport.az saytının xəbərinə görə, "Liverpul"lu futbolçu Hollandiya ilə görüşdə 3 xal qazanacaqlarına əmin olduğunu bildirib: "Komanda olaraq düzgün yoldayıq. Baş məşqçimizin istəyini bütün komanda anlayır. Hollandiya qarşısına böyük ümidlərlə çıxacağıq. Mən səfərdən 3 xalla dönəcəyimizə və dünya çempionatında iştirak edəcəyimizə əminəm. Komandada müəyyən dəyişikliklər baş verib. Gənc futbolçular heyətə cəlb olunub. İnanıram ki, bu heyətlə qrupu istədiyimiz pillədə başa vuracağıq".
Qeyd edək ki, Hollandiya - Türkiyə matçı bu axşam Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, Hollandiya - Türkiyə matçı bu axşam Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
0
0