Hər 21 dəqiqədən bir və ya 21 ofsayd
07.09.2012 - 11:33
Hər 21 dəqiqədən bir və ya 21 ofsayd
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avro-2013-ün seçmə mərhələsində statistik göstəriciləri məlum olub. Apasport.az saytının məlumatına görə, 8 oyun keçirən komandamız 720 dəqiqə ərzində qapıya 33 zərbə endirib. Bu isə o deməkdir ki, yığmamız hər 21 dəqiqə 49 saniyədən bir qapıya “düşüb”.

Millimiz seçmə mərhələ ərzində 21 dəfə oyundankənar vəziyyətdə qalıb. Futbolçularımız rəqib qapısı qarşısında künc zərbəsi vurub.

720 dəqiqədə 83 qayda pozuntusu edən millimiz hər 8 dəqiqə 41 saniyədən bir hakimi fit çalmağa məcbur edib. Bu qayda pozuntularının 15-də referi futbolçularımıza sarı vərəqə göstərib. Yığmamız 8 oyun ərzində qırmızı vərəqə ilə cəzalanmayıb.

Qeyd edək ki, 2 qələbə, 1 heç-heçə və 5 məğlubiyyəti olan yığmamız 6 qol vurub 18-ni buraxaraq 7 xalla 4-cü yeri tutub.