Bakıda həm debüt, həm də qələbə istəyir
07.09.2012 - 15:46
Bakıda həm debüt, həm də qələbə istəyir
“Azərbaycanla oyunda yığmanın heyətində debüt etmək mənim üçün böyük şərəf olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu İsrail millisinin heyətində bu gün debüt edəcəyi gözlənilən Hen Ezra deyib.
Yığmamızla bu gün baş tutacaq oyundan öncə fikirlərini açıqlayan gənc futbolçu millidə debüt şansını gözləyir: “Deyə bilmərəm ki, oyuna çıxacağım halda həyəcanlı olacam, ya yox. Hər şey qaydasındadır. Sözsüz ki, İsrail yığmasında çıxış etmək mənim çoxdankı arzumdu. Amma əsas mənim meydanda olmağım yox, komandamızın qələbəsidir. Bizi çətin oyun gözləyir, amma biz bu seçmə mərhələni qələbə ilə başlamalıyıq. Hələ ki, yalnız Azərbaycanla oyunu düşünürəm, yalnız bu matç bitəndən sonra Rusiya ilə qarşılaşma barəsində danışa bilərik”