“Azərbaycan millisində təhlükəli futbolçular var” - MÜSAHİBƏ
07.09.2012 - 19:41
“Azərbaycan millisində təhlükəli futbolçular var”   -  MÜSAHİBƏ
İsrail yığmasının hüçumçusu İtay Şehterin müsahibəsi

- Necə düşünürsüz, indiki seçmə mərhələnin əvvəlkindən fərqi nədir?
- Hər bir seçmə mərhələnin öz tarixi var və hər biri həyəcanlıdır. Biz anlayırıq ki, bu seçmə mərhələdə Azərbaycanla ilk oyunumuz çox böyük əhəmiyyət kəsb edir. Əgər məğlub olsaq, azarkeşlərin bizə inamı itəcək. Qalib gəlsək, Rusiyaya qarşı keçirəcəyimiz oyunda 50 minlik azarkeş ordusu durmadan bizi dəstəkləyəcək.

- Əgər Azərbaycana məğlub olsaz, bu, DÇ-2014-də iştirak etmək arzusunun puç olması anlamına gəlməyəcək?
- Sözsüz, bu oyunda qələbə gələcək uğurun başlanğıcı ola bilər, amma Azərbaycan məğlubiyyət hər şeyin sonu demək deyil. Xatırlatmaq istərdim ki, DÇ-2012-nin seçmə mərhələsində Lüksemburq sensasiyaya imza ataraq, İsveçrəni məğlub etmişdi. Lakin isveçrəlilər bu oyundan dərs alaraq, növbəti oyunlarda yüksək nəticə göstərdilər.

- Azərbaycan barəsində nə bilirsiniz?
- Bilirik ki, yaxşı komandadır. Onlarla matçımız 35 minə yaxın tutumu olan stadionda keçiriləcək və çox güman ki, stadion ağzınacan dolacaq. Aydın məsələdir ki, qələbə üçün oynayacaqlar. Son vaxtlar Azərbaycan futbolu inkişaf etməkdədir.

- Qalib gələ bilərik?
- Biz oyunun əvvəlindən üstünlüyə yiyələnməliyik. Oyunun onlar istədiyi tempdə getməsinə imkan verməməliyik. Azərbaycan yığmasının yarımmüdafiə və hücum xəttində çox təhlükəli futbolçular var. Onların qarşısını almaq əsas vəzifələrimizdən biri olacaq. Söz verirəm ki, meydanda bütün bacarığımızı ortaya qoyacağıq.

- Baş məşqçi Eli Qutman yığmaya gələndən nə dəyişib?
- Çox şey. O komandaya peşəkarlıq ruhu gətirib. Qeyd edim ki, komandanın devizi – yığma xalqın təmsilçisidir və biz yığmanın və xalqının adını yüksək tutmaq üçün sonacan vuruşacağıq.