Berti Foqts: Mənim futbolçuları tənqid etmək fikrim yoxdu
07.09.2012 - 22:35
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində İsrail millisi ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, görüşdən sonra təşkil olunan mətbuat konfransında almaniyalı mütəxəssis komandadan razı qalıb.
“Futbolçular haqda xoş sözlər deyə bilərəm. Səhvə yol versək də, buna görə mənim futbolçuları tənqid etmək fikrim yoxdu. Müdafiədən hücuma keçərkən yenə çatışmazlıqlar vardı. İlk qolu buraxdıq ancaq sonradan bərabərlik qolunu vura bildik. Oyundan öncə keçirilən mətbuat konfransında demişdim ki, səhv etməsək, bu oyunu udacağıq. Ancaq səhv etdik və 1 xal qazandıq. İkinci hissədə meydançaya çıxan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər və bu, onu göstərdi ki, bizim ehtiyat qüvvəmiz var” – deyə Foqts bildirib.
Xatırladaq ki, Azərbaycan – İsrail matçında qalib müəyyənləşməyib – 1:1.
Komandamız növbəti matçını 4 gün sonra Braqa şəhərində Portuqaliyaya qarşı keçirəcək.

0
0