Berti Foqts Rauf Əliyevin hərəkətinə münasibət bildirdi
07.09.2012 - 22:46
Berti Foqts Rauf Əliyevin hərəkətinə münasibət bildirdi
Millimizin baş məşqçisi Berti Foqts İsraillə oyunda qapışı Kamran Ağayevin çıxışına və Rauf Əliyevin əvəzlənərkən ehtiyat oyunçular skamyasının tavanını sındırmasına münasibət bildirib.

Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis həmin futbolçulardan narazı qalmadığını söyləyib: “Kamran ölkənin bir nömrəli qapıçısıdır. Hər birimiz insanıq, hər birimiz səhv edə bilərik. Bir səhvə görə, futbolçunu cəzalandırmazlar.

Raufa gəlincə, onu cəzalandırmayacam. Əskinə, sevinirəm ki, o əvəzlənməsinə bu cür reaksiya verdi və hirsindən vurub şüşəni sındırdı”.