“Rauf Əliyev hisslərinə qapılmışdı”
07.09.2012 - 23:26
“Rauf Əliyev hisslərinə qapılmışdı”
Milli komandamızın futbolçusu Vaqif Cavadov İsraillə görüşün (1:1) ikinci hissəsində Rauf Əliyevin əvəzlənərkən ehtiyat oyunçular skamyasının şüşəsini sındırmasına münasibət bildirib. O, apasport.az saytının əməkdaşına bildirib ki, “Qarabağ”da da komanda yoldaşı olan Əliyev hisslərinə qatıldığı üçün belə edib: “Bu futboldur, emosional idman növlərindən sayılır. Rauf da hisslərinə qapılmışdı. Ola bilsin əvəzlənməsinə hirslənib”.