“Kamran Ağayevə yox, Allaha minnətdaram”
07.09.2012 - 23:47
“Kamran Ağayevə  yox, Allaha minnətdaram”
“Bakıya 3 xal üçün gəlmişdik. Azərbaycanın əvvəlki oyunlarına baxmışdıq və təhlillər aparmışdıq”. Bu sözləri apasport.az saytına İsrail yığmasının futbolçusu Bibars Natxo deyib.

Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirən millimiz İsrail yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda hesabı qonaqlar açıb.

Bibars Natxonun uzaq məsafədən vurduğu zərbədən sonra qapıçı Kamran Ağayev kobud səhvə yol verdi. Nəticədə qonaqlar hesabda irəli çıxdı. O, komandamız haqda danışarkən bunları deyib: “Yığmanız çox inkişaf edib.

Bu günkü oyunda bunun bir daha şahidi olduq. Bir az konsantrasiya olsaydıq, meydanı qələbə ilə tərk edə bilərdik”.

Futbolçu vurduğu qol haqda danışarkən Ağayevə təşəkkür etməyi məqsədəuyğun hesab etməyib: “Vurduğum qola görə, rəqib qapıçıya deyil, Allaha minnətdaram”.