Qurban Qurbanov istefadan danışdı: Rəhbərliklə danışacağam
16.09.2012 - 20:03
Qurban Qurbanov istefadan danışdı: Rəhbərliklə danışacağam
"AZAL-ı təbrik edirəm. Vaqif müəllim gözəl komanda hazırlaya bilib. Həqiqətən də liderliyə yaraşan komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının V turunun AZAL-la oyunundakı 2:6 hesablı məğlubiyyətdən sonra istefa haqda düşündüyünü açıqlayıb: “Bu gün meydançada bir komanda oynayırdı. Bu oyun mənə çox ağır gəldi. Mənə ağır zərbə oldu. Nildo çox gözəl hücumçudur. Komandadan getmək barədə rəhbərliklə danışacağam. Rəhbərlik çox güvənir mənə. Komandada bir dəyişiklik etmək lazımdır. Gələcəyin komandasını formalaşdırmaq istəyirik. Hazırki futbolçularla bağlı problemlərimiz var. Rəhbərliklə bu barədə danışacağam. Azarkeşlərimizə təşəkkür edirəm ki, nəticəyə baxmayaraq sona qədər dəstək oldular".